Xalq artisti təşəkkür etdi

Xalq artisti təşəkkür etdi

Azərbaycan Respublikasının xalq artisti , məşhur muğam ustadı Canəli Əkbərovun bir neçə gün əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində avtomobil qəzasında faciəli şəkildə həlak olmuş qardaşı Əkbərov Fərail Xanəli oğlunun cənazəsi dünən Azərbaycan Respublikasına gətirilərək doğulduğu Lənkəran rayonunun Tükəvilə kəndində torpağa tapşırılıb.

Qaynarinfo xəbər verir ki, xalq artisti onun kədərini ictimailəşdirmiş bütün kütləvi informasiya vasitələrinə, dərdinə şərik olanların hamısına, həmçinin, cənazənin Azərbaycan Respublikasına gətirilməsinə köməklik göstərmiş Azərbaycan Respublikasınının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri çox hörmətli cənab Polad Bülbüloğluya, habelə, Dövlət Sərhəd və Gömrük Xidmətlərinin  əməkdaşlarına dərin təşəkkürünü bildirir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR