Video 10:41 24.09.2019

Xalq artisti Türkiyədən qayıda bilmir (VİDEO)

Türkiyəyə müalicəyə yollanan Xalq artisti Naibə Allahverdiyevanın halı pisləşib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Elgizlə izlə” verilişində məlumat verib:

"MRT olundum, boynumu dopler elədirlər. Psixiatr məni danışdırdı, kardioloq iki dərman yazdı. Evə gəlib həmin dərmanları qəbul etdim. 2-3 gündən sonra vəziyyətim pisləşdi. Mən bunları niyə deyirəm? Çünki uzaqda qalıram. Onlar bilir ki, vəziyyətim pisdir. Mənə dedilər ki, "bizdə maşın yoxdur, siz gəlin”. Səhəri gün maşın tutub Şişliyə getdik. Evdəkilər bir gün öncə üstümə Təcili Yardım gəldi. Məni xəstəxanaya yerləşdirdilər. Bilirsiniz də burda hər şey pulludur. Səhhətim çox pis idi, iynə vurdular, bütün bədənim keyidi. Məndən analiz götürdülər, dedilər ki, bir dənə zəif mikrobun var. Dedim ki, mənim pulum yoxdur, artıq biletləri də almışdım, uçmalı idim. Vəziyyətim pisdir. Bakıya gəlmək istəyirəm, gələ bilmirəm. (ağlayır – red.) Təzyiqim var. Səhərə qədər yatmamışam. Bədənim yanır. Deyirlər gəl təzdən MRT edək. Halım çox pisdir, təyyarəyə minə bilmirəm. Mənə kömək etsinlər. Normal həkimə yönləndirsinlər ki, heç olmasa, Bakıya qayıda bilim”.

Qeyd edək ki, aktrisa əsəb sistemi və qan təzyiqinin normal olmamasından əziyyət çəkir.