Xəbər lenti

Xalq artistinin gəlinini komaya salan
Ölkə 22:19 27.09.2025

Xalq artistinin gəlinini komaya salan "Neapol" yenidən fəaliyyətə başlayır

Xalq artisti Mələkxanım Əyubovanın gəlininin komaya düşməsi və başqa uğursuz estetik əməliyyatlarla gündəmə gələn, sonradan fəaliyyətinə qadağa qoyulan "Laser Beauty" Klinikasının (LB Clinik) "Neapol" filialı yenidən işə başlayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə klinika şəbəkəsinin direktoru Rəna Soltanova sosial mediada məlumat dərc edib.


O, etdiyi paylaşımda vakansiyaların oldunu bildirib. Rəna Soltanova qeyd edib ki, klinikanın "Neapol" filialına iki kosmetoloq, həmçinin stomotoloq, lazeroloq, mikroblading və qaş əkimi üzrə mütəxəssis lazımdır. O, həmçinin bu mütəxəssislərə yüksək maaş vədi verib.

Qeyd edək ki, "Laser Beauty” Klinikasının (LB Clinik) "Neapol" filialı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalardan sonra bağlanmışdı. Məlum olmuşdu ki, filial estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmayıb. Həmin vaxt Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də bu məlumatı təsdiq edib. Nazirlikdən verilən açıqlamaya görə, "Neapol" filialına yalnız ambulator cərrahiyyə əməliyyatlarının aparılması üçün lisenziya verilib: "Klinikada ancaq kiçik cərrahi, o cümlədən estetik müdaxilələrə icazə verilir. Amma böyük plastik cərrahiyyə və yaxud ümumi cərrahiyyə işləri görülə, estetik əməliyyatlar da oluna bilməz. Bir də ki, baxır əməliyyatın növünə. Hansısa yüngül işlər görülə bilər, amma məsələn, burun əməliyyatı, üzdə müəyyən dəyişikliklər və s. bunlar oluna bilməz. Bunların hər biri stasionar xidmət tələb edir, filialda isə ancaq ambulator cərrahiyyə var".

Göründüyü kimi, estetik əməliyyatlar üçün lisenziyası olmayan, amma bu cür prosedurları həyata keçirərək insanların sağlamlığını riskə atan, onların səhhətində qalıcı izlər buraxan "Laser Beauty" Klinikasının "Neapol" filialı yenidən fəaliyyətə başlayıb. Maraqlıdır ki, onun fəaliyyət göstəməsinə hansı qurum və hansı əsasla icazə verib? Ümid edirik ki, əvvəlki problemlərin təkrarlanmaması üçün müvafiq qurumlar "Laser Beauty" Klinikasının "Neapol" filialının işinə ciddi şəkildə nəzarət edəcək.

Onu da qeyd edək ki, Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova klinikanın "Altes" filialında aparılan yoxlama zamanı rəsmi şəxslərə qarşı qeyri-etik hərəkətlər ediblər. Rəna Soltanova və Yeganə Cəfərova yoxlama aparan mütəxəsislərə qışqıraraq telefonu onların üzərinə çırpıb, onları işdən çıxarmaqla hədələyiblər.

Mənbə: Milliyol.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->