Xəbər lenti

İlham Əliyev bu il ərzində 300-dən artıq tədbirdə iştirak edib
Siyasət 16:01 31.12.2025

İlham Əliyev bu il ərzində 300-dən artıq tədbirdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev bu il ərzində 309 tədbirdə iştirak edib.

"Report"un məlumatına görə, dövlət başçısı 2025-ci ildə 113 qəbul keçirib.

Həmin müddətdə Prezident respublikanın müxtəlif regionlarına 38, xarici ölkələrə isə 20 səfər gerçəkləşdirib.

Dövlət başçısı ötən müddətdə 185 qanun və 180 sərəncam imzalayıb, 121 görüş keçirib, 10 müsahibə verib.

Bundan başqa, İlham Əliyev il ərzində 17 mətbuat konfransı keçirib.

Azərbaycan Lideri həmçinin il ərzində 20 bəyanat verib, 12 imzalanma və 42 müraciət edib.
 

--> -->