Xəbər lenti

Xalq şairi: “Bu saat qonaq gedən şəxs xəstəliyi yoluxdurmaq üçün evdən çıxır
Sənət 13:41 30.03.2020

Xalq şairi: “Bu saat qonaq gedən şəxs xəstəliyi yoluxdurmaq üçün evdən çıxır"

"Özünə hörmət edən şəxs bu saat kiminsə evinə qonaq getməz".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq şairi Fikrət Qoca koronavirus pandemiyası ilə əlaqədar 65 yaşlı insanların küçəyə çıxmasına qoyulan qadağalardan danışarkən deyib. Onun sözlərinə görə, bu qərarlar xalqın sağlamlığı naminə atılıb:
"85 yaşım var. Dövlətin qərarlarına uğyun olaraq evdəyəm. Darıxsaq da, darıxmasaq da dözməliyik. Bu, sağlamlığımız üçün atılan addımdır. Evdə də bir kimsəni qəbul etmirəm. Nə gedirəm, nə də gəlirlər. Özünə hörmət edən şəxs bu saat kiminsə evinə qonaq getməz. Çünki bu saat qonaq gedən xəstəliyi yoluxdurmaq üçün evdən çıxır". 

Fikrət Qocanın fikrincə, Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürənlər prezidentə deyil, millətə kömək edirlər: 
"Pul bir yerə yığılmalıdır. O pul prezidentə lazım deyil. Prezident və xanımı bir illik maaşını fonda bağışladı. Damcı-damcı yığılanda böyük bulaq olur və nəticədə bu vəziyyətdən çıxa biləcəyik. Bu, çox vacib prosesdir. Demirik ki, fonda milyonlar bağışla, 1 manatın varsa, onunla dəstək ol. Bu, özümüzə, millətimizə köməkdir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->