İdman 10:08 19.01.2022

“Xan Lənkəran”da türkiyəli baş məşqçi (FOTO)

"Xan Lənkəran”ın yeni baş məşqçisi məlum olub.

Qaynarinfo xəbər verir ki, Türkiyənin "Adana Dəmirspor” klubunun əfsanələrindən sayılan, UEFA Pro kateqoriyalı, TFF 1-ci Liqasında çalışmış İbrahim Uzunca "Xan Lənkəran”ın baş məşqçisi postuna təyin olunub.

Bu barədə Region Liqasında mübarizə aparan klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, məşqçilik fəaliyyətinə 1995-ci ildən başlayan İbrahim Uzunca "Adana Dəmirspor”, "Ərciyespor”, "Osmaniyəspor” futbol klublarının "sükanı arxası”nda çalışıb. O, məşqçi kimi "Bakı”nın əvəzedici komandasına çempionluq yaşadıb.