Xəbər lenti

Xanım Qafarovanın səhhəti yenə pisləşdi
Sənət 11:56 22.05.2014

Xanım Qafarovanın səhhəti yenə pisləşdi


“Neçə gündür yataqdayam, ayağa dura bilmirəm. Bu gün özümdə güc tapıb, qan köçürmə üçün xəstəxanaya getməliyəm”.

Bunu APA-ya açıqlamasında əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova deyib. Onun sözlərinə görə, bir neçə gündən sonra təkrar Türkiyəyə getməyi planlaşdırır: “Neçə gündür qanım yenə azalıb. Qan tapılmadığına görə, halım lap pisləşmişdi. Şükür Allaha, dünən axır ki, tapmaq mümkün oldu. Mayın əvvəlində qan köçürmüşdülər, kimyaterapiyanın şüası nəticəsində yenə azalıb. Ümid edirəm, bu gün qan köçürəndən sonra özümə gələcəyəm. Başqa yolum yoxdur, qoluma girib çətinliklə də olsa, xəstəxanaya aparmalıdırlar. Özümə gəlim, bir neçə gün sonra yenə Türkiyəyə getməliyəm”.

Qeyd edək ki, X. Qafarova süd vəzisi xərçəngindən əziyyət çəkir.

 Aktrisa bir müddət əvvəl Türkiyədə müalicə alıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->