Foto 12:15 09.11.2017

Xanımından boşanan Fuad Əlişov gizlətdiyi sevgilisi ilə əl-ələ (FOTOLAR)

Həyat yoldaşından ayrılandan sonra mediadan uzaq gəzib-dolanan tanınmış rejissor Fuad Əlişov film təqdimatlarının birində fotokameraya tuş gəlib: özü də cazibədar xanımla birlikdə…

"Qaynarinfo" yenicag.az-a istinadən xəbər verir ki, boşanan rejissorla xanımın tədbirboyu isti münasibəti də gözdən yayınmayıb.

Əl-ələ tutan sevgililər hər vəchlə kameralardan yayınmağa çalışsa da, buna nail ola bilməyiblər. Xanımın kimliyi ilə maraqlananda rejissorun reaksiyası sərt olub: "Sizə nə dəxli var axı?!”.

Qeyd edək ki, bir müddət öncə açıqlama verən rejissor keçmiş həyat yoldaşından hisslərinin bitdiyi üçün ayrıldığını demişdi. "İkinci dəfə evlənəcəksinizmi” sualını isə o, belə cavablandırmışdı: "Evlənsəm, hamınız biləcəksiniz”.

Xatırladaq ki, rejissor 2007-ci ildə aktrisa Sevinc Əliyeva ilə ailə həyatı qurub. Cütlük 2016-cü ildə boşanıb. Onların bu evlilikdən 3 övladı var.
 



Qaynarinfo.Az