Xəbər lenti

Xaricdə işə vədi ilə dələduzluq edən şəxs saxlanıldı
Ölkə 14:10 16.11.2025

Xaricdə işə vədi ilə dələduzluq edən şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin "WhatsApp" ani mesajlaşma proqramında yaradılan "İş elanları" qrupunda vətəndaşları xaricdə yüksək məvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs qətimkan tədbiri seçilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->