Xəbər lenti

Balıq bazarında canlanma: Ən çox alınan növlər (VİDEO)
Ölkə09:21 16.11.2025

Balıq bazarında canlanma: Ən çox alınan növlər (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dabaq xəstəliyinin yayılması ətə tələbatı azaldıb, nəticədə balıq bazarında qiymətlər artıb.
Xezerxeber.az-ın məlumatına görə, satıcılar deyirlər ki, son günlər ət əvəzinə balıq almağa üstünlük verənlər kəskin artıb.
Farel və nərə növlərinə də maraq kifayət qədər çoxdur. İrandan gətirilən ağ balıq 40-45 manata təklif olunur. Mingəçevir nərəsinin isə qiyməti çəkiyə görə 35-65 manat arasında dəyişir.
Satıcılar bildirirlər ki, ən çox alınan balıqlar arasında çupra, farel və sazan üstünlük təşkil edir.
Satıcıların sözlərinə görə, həm balığa tələbat artıb, həm də günlük satışlarda böyük hərəkətlilik var.
Balıq bazarlarında aktivliyin hələ bir az da artacağı proqnozlaşdırılır.