Xəbər lenti

Xarkovda faciəli şəkildə ölən Fatimənin yaxınlarından ürəkdağlayan sözlər (VİDEO)
Video 18:50 03.07.2026

Xarkovda faciəli şəkildə ölən Fatimənin yaxınlarından ürəkdağlayan sözlər (VİDEO)

İyunun 29-da Rusiyanın Ukraynaya hücumu zamanı raket zərbələri nəticəsində həyatını itirən 23 yaşlı azərbaycanlı Fatimə Hüseynovanın nəşi iyulun 2-də axşam saatlarında Azərbaycana gətirilib.

Mərhum ata-baba yurdunda - Kürdəmir rayonunun Ərəbqubalı kənd qəbiristanlığında dəfn olunub.

Fatimə Hüseynovanın atası İlyas Hüseynov bildirib ki, hadisə zamanı qızının yanında olan dostu da ağır yaralanıb.

"Dostunun ayağını amputasiya ediblər, gözünün birini də itirib. Qızımın isə qəlpə başından dəyib, elə hadisə yerindəcə vəfat edib", - deyə İlyas Hüseynov qeyd edib.

Mərhumun əmisi İdris Hüseynov isə Fatimə Hüseynovanın ailənin və nəslin fəxri olduğunu söyləyib:

"O bizim mələyimiz idi. Tərbiyəsi və savadı ilə nəslimizin fəxri olub. Təəssüf ki, Allah onu bizə çox gördü".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->