Maqazin 16:14 15.11.2014

Xatirədən Elnarə Abdullayeva haqda inanılmaz sözlər - VİDEO

Müğənni Xatirə İslam Sərxan Kərəmoğlunun aparıcılığı ilə “Lider” kanalında yayımlanan “Nə olsun” verilişində xanəndə Elnarə Abdullayeva ilə qalmaqal yaradacaq açıqlamalar verib. Axşam.az-ın məlumatına görə, Xatirə muğam ifaçısını bu yaxınlarda proqramların birində söylədiyi fikirlərinə görə tənqid edib:

“Verilişlərin birində bir mövzu qoyulmuşdu: “Müğənniyə qız verib, alarsınız?”. Qonaqlardan biri 2-3 nəfərə xoş getsin deyə başlayıb ki, “Mən müğənni olmağıma çox peşmanam. Oğluma müğənni qız almaram, oxuyana da qız vermərəm. Siz bir-birinizə belə deyəndə, sizə adi insanlar görün hansı gözlə baxır. Mən kim olursa olsun, o cür danışan adamlara salam da vermirəm. Ümumiyyətlə, müğənni bir-birinə hörmət etməyəndə mən o ifaçıya düşmən ola bilərəm. Bizim sənətə nə olub ki? Özünüzə qiymət qoyun, danışığınıza fikir verin. Toyda da həmin qadının özünə dedim ki, sən düzgün hərəkət eləmədin. Mən şəxsən o xanımın danışığına görə ərimin yanında utandım”. 

Qeyd edək ki, xanəndə Elnarə Abdullayeva “Düzünü desək” verilişində “Mən müğənni qız almaram, oxuyana da qızımı vermərəm. O qədər şeylər görürəm ki, dəli oluram. İnsan bu qədər xaraktersiz olar? Qadın necə bəzi pis hərəkətlərə yol  verə bilər? Mən özüm də bu sənətə gəlməyimə peşmanam”, - deyə açıqlama vermişdi. 

Qaynar.info