Xəbər lenti

Xərçəng diaqnozu qoyulan kimi atılmalı 5 addım - Alimdən məsləhət
Sağlamlıq 21:20 02.03.2019

Xərçəng diaqnozu qoyulan kimi atılmalı 5 addım - Alimdən məsləhət

Amerikalı həkim Mark Hayman xərçəng diaqnozu tapılacağı halda xəstənin əməl etməli olduğu 5 qaydanı bölüşüb.
 
Onun fikrincə bu qaydalar xəstəliyə qalib gəlmək üçün vacib şərtlərdir.

1.Şəkər, qənddən imtina et

Qaynarinfo medicina.az-a istinadən bildirir ki, şəkər xərçəng hüceyrələrini qidalandıran maddədir və onları artırır. İl ərzində orta statistik insan 70 kq şəkər yeyir. Əgər xərçənglə uğurlu mübarizə aparmaq istəyirsənsə, şəkər, qənd və şirin qidaları minimuma endirəcəksən.

2. Qlütenə yox de

35 % amerikalılar qlütenə qarşı həssasdırlar. Amma onlar un məmulatı yeməkdən əl çəkmirlər. Nəticədə ya xərçəngdən, ya da infakrtdan ölürlər. Həmçinin süd də zərərli qidalar sırasındadır. Orqanizminin səsinə qulaq as. Hansı ərzağı yedikdən sonra özünü pis hiss edirsənsə, o ərzaqdan uzaq dur.

3. Harda iltihab var mübarizə apar

İltihab, soyuqdəymə bütün xroniki xəstəliklər, həmçinin xərçəngə aparan yoldur. Adətən insulinə qarşı rezistentlik, autoimmun xəstəliklər və alllergiya ilə özünü biruzə verir. Əgər özünüzü çox yorğun, tükənmiş hiss edirsizsə, iltihabi proseslər varsa, Omeqa 3 qəbul edin. O sizi qaydaya salacaq.

4.Bağırsaqlarımın qeydinə qal
Çox alimlər bağırsaq xərçənginin səbəbini mikroblarda, bakteriyalarda görür. Ona görə bacardıqca çox probiotik və prebiotik - kefir, yoqurt yeyin. Eləcə də fitonutrientlər - giləmeyvə, kurkumin - sarıkök, resveratrol - üzümdə olur - qəbul edin. Bunlar bağırsağın iltihabi proseslərini azaldacaq.
 
5.Toksinlərdən qaç

Bütün yenidoğulmuşlar dünyaya göbəyində 287 kimyəvi maddə ilə doğulur. Deməli, heç birimiz toksinlərdən qaça bilmərik. Amma onları azalda bilərik. İlk növbədə ftalatlar, bisfenol, antipiren, ağır metallar, civə, qurğuşundan qorunmaq lazımdır. Plastik butulda su, plastik qabda yemək almayın. Yarımfabrikatlar yeməyin. Şəhər mərkəzində çox olmayın. Meşədə, çöldə bacardıqca çox gəzin. Orqanizmdən toksinləri təmizləməyin yollarını sınayın.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->