Xəbər lenti

Xərçəng əleyhinə
Sağlamlıq 17:26 09.09.2018

Xərçəng əleyhinə "Diprovocim" molekulundan istifadə uğurla nəticələndi

Amerikalı alim Deyl Buqer və Nobel mükafatının sahibi immunoloq və genetik Bryus Boytler melanoma xərçəngi əleyhinə yeni molekulun tətbiqi üzərində çalışır.

Qaynarinfo xəbər verir ki, mütəxəssislər "Diprovocim" adlı molekulu xərçəng əleyhinə vaksinə əlavə edərək ciddi nəticə əldə ediblər. Tədqiqat əsasən dəridə, həmçinin göz və ağızda rast gəlinən melanoma xərçənginə tutulmuş 3 qrup siçan üzərində həyata keçirilib. İlk qrupa xərçəng əleyhinə vaksin və "Diprovocim" vurulub, 2-ci qrupa sadəcə vaksin, 3-cü qrupa isə vaksin və xərçəng əleyhinə digər molekul olan "alum" inyeksiya edilib. Nəticədə ilk qrupa daxil olan siçanların 54 gün ərzində xilas olmaq şansı 100%-ə, 2-ci qrupda 0%, 3-cü qrupda isə 25%-ə bərabər olub. "Diprovocim" müalicəsi 2 dəfə, 1 həftə ara ilə həyata keçirilib. Bildirilir ki, bu maddə sadəcə xərçəng hüceyrələrinə qarşı mübarizə aparmır, həmçinin bədəndə immunitet yaradır. Belə ki, sağalmış siçanlarda yenidən melanoma yaratmaq cəhdi uğursuzluqla nəticələnib. Molekulun birbaşa xərçəng şişinə inyeksiyasına ehtiyac yoxdur.

Qeyd edək ki, müalicənin gələcəkdə digər növ xərçəng hüceyrələrinə qarşı mübarizədə istifadəsi planlaşdırılır və insanlar üzərində sınaqdan keçirilməsi gözlənilir. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->