Sağlamlıq 15:25 22.03.2019

Xərçəng şişlərini məhv edən dərman hazırlandı

İspaniyanın Val d`Ebron adına Onkologiya İnstitutunun (VHIO) tədqiqatçıları xərçəng şişlərinə qarşı yeni preparat işləyib hazırlayıblar.
 
Qaynarinfo Teleqraf.com-a istinadən xəbər verir ki, preparat artıq siçanlar üzərində sınaqdan çıxarılıb.

Həkimlər ağciyər xərçənginin ən aqressiv formasını doğuran geni inkişaf etməyə qoymayan yeni metodu 2020-ci ildə insanlar üzərində sınaqdan keçirməyə ümid bəsləyirlər.