Xərçəng xəstəliyini ilkin mərhələdə müəyyən edə biləcək dəri implantı hazırlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sciente Translational Medicine" dərgisində araşdırma yayımlanıb. Alimlər implantın hələlik təcrübə mərhələsində olduğunu, lakin gələcəkdə onun sayəsində ən geniş yayılmış döş, prostat, ağciyər, bağırsaq xərçəngləri ilə yanaşı, böyrək çatışmazlığının da əvvəlcədən müəyyən edilə biləcəyini söyləyirlər.
İmplant siçan və donuzlar üzərində sınaqdan keçirilib və müsbət nəticə əldə edilib.
Bu, insanlar üzərində tətbiq edildikdən sonra dəridə rəng dəyişikliyini görən şəxs həkimə müraciət edərək, xəstəliyini ilkin mərhələdə müəyyənləşdirmək imkanına sahib olacaq.
Şərhlər