Qaxda xəstəxananın həyətində yeni doğulmuş körpə meyidi tapılıb.
Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində tapılan yeni doğulmuş körəpənin kim tərəfindən ora atıldığı hələlik məlum deyil.
Qax Rayon Polis Şöbəsindən isə bildirilib ki, yeni doğulmuş körpə uşaq hazırda tibbi müayinədən keçirilir. Ehtimal olunur ki, uşaq vaxtından əvvəl doğulub.
Hüquq mühafizə orqanları körpənin ölümü ilə bağlı faktın hazırda araşdırıldığını bildiriblər.
Qaynar.info
Şərhlər