Hazırda xəstəxanada həkim nəzarətindəyəm.
Qaynarinfo xəbər verir ki, bunu Oxu.Az-a ürəyindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Xalq artisti Ceyran Haşımova deyib.
"Hansı xəstəxanada olduğumu demək istəmirəm. Amma vəziyyətim normaldır. Təzyiqim qalxıb-düşür. Hələlik ölmürəm. Gəldiyimiz kimi, nə vaxtsa bu dünyadan gedəcəyik. Heç nədən qorxmuram.
Hələ ki, xəstəxanadayam. Çünki bir gün yaxşı, o biri gün isə pis oluram. Ona görə də nə vaxt evə buraxılacağımı dəqiq bilmirəm.
Ümumiyyətlə, bu probem çoxdan məndə var. Keçən il də xəstəxanada yatmışam. İldə iki dəfə xəstəxanada müalicə almalıyam. Bu il tənbəllik edib getmədim. Ona görə, halım pisləşdi. Problemim sırf ürəklə, vitamin və qida çatışmazlığı ilə bağlıdır. Yaş öz sözünü deyir. Artıq 85 yaşım var”, - deyə Xalq artisti bildirib.
Ceyran Haşımova sənət dostlarının onunla maraqlandığını qeyd edib:
"Bütün sənət dostlarım zəng etdi, mesaj yazıb dua edənlər də oldu. Hər biri məni çox sevir. Onların bu cür münasibəti və sevgisi də məni yaxşı edir. Hamısına təşəkkür edirəm”.
Şərhlər