Xəbər lenti

Xəstəyəm deyib işdən ayrılan qadın polis bir anda məşhur oldu (FOTOLAR)
Foto 15:37 20.04.2018

Xəstəyəm deyib işdən ayrılan qadın polis bir anda məşhur oldu (FOTOLAR)

İngiltərənin Linkolnşir şəhərində polis işləyən çavuş Linne Kar dünya səyahəti zamanı çəkdirdiyi fotoları ilə "Instagram"ın fenomeninə çevrilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Linne stresli və yorğun olduğunu əsas gətirərək işdən 1 illiyinə ayrılıb və Tailanddan Kiprə qədər gəzdiyi yerlərdən fotolar çəkdirərək sosial şəbəkə hesabına yükləyib. Qısa zamanda izləyicilərinin sayı artan polis əməkdaşı "Instagram"ın fenomeninə çevrilib.

7 ay boyunca dostları Linnenin xəstə olduğunu düşünüblər. Amma həmkarlarından biri onun "Instagram" hesabını tapdıqdan sonra gerçək üzə çıxıb.

Məlumat yuxarı dairələrə çatdırıldıqdan və bu barədə mediada xəbərlər yayıldıqdan sonra Linkolnşir polis idarəsinin sözçüsü açıqlama verib. O, xəstəlik adı ilə işdən ayrılanların tətilə getməsində heç bir qəbahətin olmadığını və məsələnin araşdırıldığını bildirib.
 
Linneni məşhurlaşdıran fotoları sizlərə təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->