Xəbər lenti

“Xəzər Lənkəran” Rövnəq Abdullayevə müraciət etdi
İdman 14:12 30.05.2013

“Xəzər Lənkəran” Rövnəq Abdullayevə müraciət etdi

Klub rəhbərliyi ""Neftçi-“Xəzər Lənkəran” oyununda qarşıdurma yaradanların cəzalanmasını istəyir.

“Xəzər Lənkəran” klubu AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun Anspress-ə verdiyi açıqlamaya görə, mayın 28-də “Neftçi -“Xəzər Lənkəran” komandaları arasında baş tutan kubok oyununun finalında yaşanan insidentlə bağlı bütün video və fotolar AFFA prezidenti Rövnəq Abdullayevə göndərilib. 

Hüseyn Cəbrayıloğlunun sözlərinə görə, bu gün həm də AFFA-nın nizam-intizam komitəsinin iclası olacaq. Bu hadisələrlə bağlı qərar veriləcək: “Biz İntizam Komitəsinin qərarını gözləyirik. Əgər obyektiv qərar verilməsə bizim də müəyyən addımlarımız olacaq. Doğrudur, AFFA prezidenti özü də orada idi, biabırçılığı görürdü, amma biz yenə də müraciət etmişik və günahkarların cəzalanmasını xahiş etmişik”. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->