Ölkə 11:28 23.02.2021

Xəzərdə fırtına gözlənilir (XƏBƏRDARLIQ)

"Fevralın 23-ü günün ikinci yarısından 24-ü axşam saatlarına qədər Xəzər dəniz akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərinə xəbərdarləq göndərilib”.

Qaynarinfo xəbər verir ki, bunu "Xəzər Dəniz Gəmiçiliyi”nin mətbuat katibi Mehman Mehdiyev deyib.

Onun sözlərinə görə, küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə aşağıdakılar çatdırılıb:

-Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun;

-Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar;

-Fırtına gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.