“Xəzər”dən telekanallara atmaca: “Reytinq cədvəllərinə bir yerdə baxaq”

“Xəzər”dən telekanallara atmaca: “Reytinq cədvəllərinə bir yerdə baxaq”

““Xəzər” televiziyasında yayımlanan “Həyat sən nə qəribəsən” və “Bir ailəm var” serialları sentyabrın 8-dən ekranlara qayıdır. 

Bu barədə Qaynar.info-ya hər iki serialın ssenarisini yazan “Qələm” ssenaristlər qrupunun üzvü Azər Səlimli məlumat verib. 

Onun sözlərinə görə, “Həyat sən nə qəribəsən” hər gün saat 21:35-də,  “Bir ailəm var” isə 22:20-də yayımlanacaq.

“Aramızda qalsın” serialının səydəş Sahibi, “Bir ailəm var”ın Kənanı kimi tanınan aktyor-ssenarist Azər Səlimli iddialı açıqlamalarıyla da diqqət çəkib: “Düşünürəm ki, seriallarımızın ikisi də tamaşaçılarımız üçün maraqlı sonluqlarla sezon finalı etdi. Bunu sosial şəbəkələrdəki tamaşaçı rəyləri və birbaşa görüşlərimizdə hiss edirik. Hamını bir çox suallar maraqlandırır. Həyat ölübmü, Samir ölübmü, Orxanla Səma qovuşacalarmı, Ağca neynəyəcək, Sadiq Həyatsız yaşaya biləcəkmi, Nazlı Kamilin əlindən qaça biləcəkmi... 

Bir ssenaritst kimi təbii ki, bu bizi sevindirməyə bilməz. Ölkənin iki ən reytinqli serialının müəllifi olmaq gözəl hissdi. Razıyam ki, bir çoxları özlərini reytinq birincisi adlandırır. Amma hər kəsə qapımız açıqdı, təklif eləyirəm ki, gəlin reytinq cədvəllərinə bir yerdə baxaq. Ünvanımızı, telefon nömrələrimizi internetdən istənilən insan rahatlıqla tapa bilər. Seriallarımızın izləyicilərinin sayı rəsmi reytinqlərdə milyonlarla ölçülsə də, nədənsə bəzi insanlar hələ də Azərbaycanda çəkilən seriallara baxılmadığını düşünür. 

Bu fikirləri tamaşaçılardan daha çox bu sahədə nəsə etmək istəyib edə bilməyənlərdən eşidirik. Amma inanın ki, çox kiçik obrazda oynamağıma baxmayaraq məni belə küçədə hər on nəfərdən beşi tanıyır. Baş obrazlarımızı isə demək olar ki, küçədə görüb tanımayana rast gəlməmişəm. Bu bizə əsas verir fəxrlə deyək ki, Azərbaycan serialları beş il bundan əvvəlki vəziyyətdə deyil və kifayət qədər tamaşaçı kütləsi var. Bunu artıq qəbul etmək lazımdı. Biz dövlətimizin dəstəyiylə Azərbaycanda keyfiyyətli, baxımlı seriallar çəkməklə artıq bir mərhələ adladıq, bəzi insanlar da bunu qəbul etməklə həm serial sahəsində ölkəmizin həm də şəxsi həyatlarında özlərinin bir mərhələ adlamalarına kömək edəcəklər”.

A.Səlimli bildirib ki, hər iki serial  həftədə beş dəfə efirə gedəcək: “Bu da şablon da olsa çox saylı tamaşaçıların istəyidir. Bunu da sosial şəbəkələrimizdəki rəsmi səhifələrimizə daxil olmaqla və şərhləri oxumaqla hər kəs özü görə bilər. Sonda bizi izləyən, izləməyən, bu müsahibəni oxuyan oxumayan hər bir tamaşaçıya, oxucuya minnətdarlığımızı bildiririk. 

Bu serialların hər biri cənab prezidentin dəstəyiylə ərsəyə gəlib. Bunun üçün cənab prezidentimizə sonsuz təşəkkürlərimizi bildiririk. Hər sahədə olduğu kimi televiziya sahəsində də daim onun dəstəyini hiss edirik. Yeni sezonumuzu səbrsizliklə gözləyən tamaşaçılarımza isə demək istəyirəm ki, çox maraqlı olacaq".

İntiqam Valehoğlu 

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR