Ekonomiks 11:13 08.04.2019

Xəzəri çirkləndirən müəssisələrin adları açıqlandı (SİYAHI)

Xəzər dənizini daha çox çirklənməyə məruz qoyan müəssisələrin də adları açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov açıqlama verib.

Onun sözlərinə görə, şimal bölgəsində "Qafqaz” konserv zavodunda, "Sunset”, "Məkan”, "Təbib” istirahət mərkəzlərində, Abşeron yarımadasında "Azərboru” ASC-nin kollektorunda, Gəmi təmiri zavodunda, cənub bölgəsində isə "Beluqa”, "Xəzər palace”, "Meduza” istirahət-xidmət yerlərində hələ də günün tələblərinə cavab verməyən primitiv təmizləyici qurğulardan istifadə olunur: "Bəzilərində isə tullantı sularının təmizlənməsi üçün müvafiq qurğular, ümumiyyətlə mövcud deyil".