Siyasət 16:15 10.06.2019

XİN: Azərbaycan Cənubi Osetiyadakı qondarma “seçkiləri” tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma "seçkilər”lə bağlı bəyanat yayıb.  

Qaynarinfo xəbər verir ki, bəyanatda deyilir: 

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma "seçkiləri” tanımır".