Siyasət 12:43 16.03.2013

XİN Eldar Həsənovun prezidentə müraciətini təsdiqlədi

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun tutduğu postdan geri çağırılması barədə dövlət başçısı İlham Əliyevə müraciət etməsi xəbərini təsdiqləyib.

XİN  mətbuat rəhbəri  Elman Abdullayev APA-ya bildirib ki, səfirin geri çağırılmasına qərar vermək dövlət başçısının müstəsna səlahiyyətinə daxil olan məsələdir və bu barədə yekun qərarı dövlət başçısı qəbul edə bilər. 

Qeyd edək ki,  Eldar Həsənov eyni zamanda Serbiya, Bosniya-Herseqovina və Monteneqroda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi akkreditə olunub. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, səfirin tutduğu postdan geri çağırılmaq üçün müraciət etməsinin səbəbi diplomatik missiyasına xitam verilməsi ilə deyil, başqa ölkəyə təyinat almaq istəyi ilə əlaqədardır.

Qaynar.info