Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən müəyyən hissəsində iyunun 8-də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.
Bununla əlaqədar sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.
Şərhlər