Xəbər lenti

Ölkə 19:43 02.12.2020

Xırdalan şəhərinin bir hissəsində su kəsildi

Su kəmərində baş vermiş qəza ilə əlaqədar Xırdalan şəhərinin bir hissəsinə (kənd Xırdalan adlanan hissə və ona yaxın ərazilər) içməli suyun verilişində fasilə yaranıb.

Qaynarinfo bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, sabah günorta saatlarına qədər həmin əraziyə suyun verilişi dayandırılacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->