Xəbər lenti

Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişdi (VİDEO)
Video 23:27 20.11.2017

Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişdi (VİDEO)

Noyabrın 20-si səhər saatlarında Abşeron xəstəxanasında doğuş zamanı iki əkiz övladını itirən ana da günorta saatlarında dünyasını dəyişib.

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

1995-ci il təvəllüdlü Tapdıqlı Aytac Qorxmaz qızı komadan ayılmayıb.

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->