Xəbər lenti

Xirosimaya atom bombası atılmasından 68 il ötür
Dünya 19:56 06.08.2013

Xirosimaya atom bombası atılmasından 68 il ötür

Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasından 68 il ötür.

APA-nın verdiyi məlumata görə, şəhərin "Selh Parkında” toplaşan Xirosima sakinləri bombanın atıldığı vaxtda, saat 08:15-də bir dəqiqəlik sükutla bu hadisədə həlak olmuş insanların xatirəsini yad ediblər.

Tədbirdə Yaponiyanın baş naziri Sindzo Abe və digər rəsmi şəxslər, BMT Baş Assambleyanın sədri Vuk Yeremiç, ABŞ da daxil olmaqla 70-dən çox ölkənin diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

S.Abe çıxışında bildirib ki, Yaponiya nüvə bombalanmasını yaşamış yeganə ölkədir. Baş nazir əlavə edib ki, Yaponiya hökuməti dünyada nüvə silahın ləğv edilməsinə nail olmaq üçün zəruri addımlar atmaqda davam etdirəcək.

Xirosimanın meri Kadzumu Matsui isə dünya ictimaiyyətini nüvə silahının yayılmasının qarşısını almaq üçün səyləri əsirgəməməyə çağırıb.

BMT baş katibi Pan Gi Mun da öz müraciətində nüvə silahsız dünyanı yaratmağa çağırıb.

Qeyd edək ki, 1945-ci ilin avqustun 6-da ABŞ-ın "B-29” döyüş təyyarəsi Xirosima şəhərinin üzərinə 4 tonluq atom bombası atıb. Bomba partlayışı nəticəsində 140 mindən çox insan həlak olub, yüz minlərlə şəhər sakini yaralanıb. Hazırda 201 min çox insan şüalanma nəticəsində yaranan xəstəliklərdən əziyyət çəkir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->