Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində "Mercedes” markalı minik avtomobilinin qarda batması nəticəsində sürücü və 2 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobil və içərisində olan şəxslər təhlükəsiz əraziyə çıxarılıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR