Foto 13:01 29.11.2021

“Xocalı” Futbol Klubu “Class İnfo Travel” şirkəti ilə əməkdaşlığa start verdi (FOTO)

"Xocalı” Futbol Klubu ilə "Class İnfo Travel” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Qaynarinfo xəbər verir ki, komandaya dəstək verən şirkət bundan sonra 1 il "Xocalı”nın yanında olacaq.
 
İmzalanmış müqavilə 2022-cil Noyabr ayına qədər qüvvədə olacaq.

Razılaşmaya əsasən komandamızın oyun formalarının sağ qolunun üzərində şirkətin loqosu öz əksini tapacaq.
 
Bundan əlavə kluba məxsus sosial şəbəkələrdə və digər məlumatlarda şirkətin loqosu yerləşdiriləcək.