Dünya 11:50 01.09.2018

Xristian qadın müsəlman ölkəsində vəzifəyə gətirildi

Misir prezidenti Əbdüllətif Əl Sisi ölkədə ilk dəfə xristian qadını vali vəzifəsinə təyin edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Menal Avad Mixail Dumyat valisi kimi təyin edilib və and içərək vəzifəsinin icrasına başlayıb. 

Qeyd edək ki, 2011-ci ildə xristian İmad Mixailin vali kimi təyini nümayişlərə səbəb olmuşdu. 

Dindar ölkədə xristianların vəzifəyə gətirilməsi hakimiyyətin güclənməsi kimi dəyərləndirilir.

Gülşən