Xurma qida maddələri ilə zəngin məhsuldur, lakin onun sağlamlıq üçün üstünlüklərini hər kəs bilmir.
Qaynarinfo "Prevention"a istinadən xəbər verir ki, diyetoloq Emi Devis xurmanın faydalarını və onu gündəlik rasiona daxil etməyin nə dərəcədə məqsədəuyğun olduğunu izah edib.
Xurmanın sağlamlığa faydaları
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, beş orta ölçülü xurmanın tərkibində bunlar var:
* 277 kalori;
* 2 qram zülal;
* 0 qram yağ;
* 75 qram karbohidrat;
* 7 qram lif.
Xurma həmçinin vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Nazirliyin məlumatına görə, onların arasında:
* 64 milliqram kalsium (gündəlik normanın 6%-i);
* 54 milliqram maqnezium (17%-i);
* 696 milliqram kalium (27%-i);
* 1,61 milliqram niasin (12%-i) mövcuddur.
Xurma ürək sağlamlığını dəstəkləyə bilər
Diyetoloq Mişel Rutenşteyn bildirib ki, xurma maqnezium, kalium və liflə zəngindir və bu maddələr qan damarlarını rahatladaraq, natrium səviyyəsini tənzimləyərək sağlam qan təzyiqini dəstəkləyir.
Araşdırmalar göstərib ki, müntəzəm olaraq xurma qəbul etmək ümumi xolesterini və "pis” xolesterin səviyyəsini azalda bilər.
Xurma iltihabla mübarizəyə kömək edir
Rutenşteyn qeyd edib ki, xurma flüvonoidlər, karotinoidlər və fenol turşuları daxil olmaqla antioksidantlarla zəngindir və bunlar iltihabı azaldır, sərbəst radikalları neytrallaşdırır və qan damarlarını oksidləşmə zədələrindən qoruyur.
Araşdırmaya görə, xüsusilə fenol turşuları yüksək qan təzyiqi, maddələr mübadiləsi pozuntuları və neyrodegenerativ xəstəliklərlə əlaqəli fermentlərin aktivliyini bloklaya bilər.
Qan şəkərində kəskin artım yaratmır
Karbohidrat və şəkər miqdarı yüksək olsa da, araşdırmalar göstərir ki, xurma digər şəkərli məhsullar kimi qan şəkərini kəskin artırmır. Hətta bəzi hallarda onu aşağı sala da bilər. Bu isə, Devisin qeyd etdiyi kimi, xurmanın aşağı qlikemik indeksə malik olması ilə bağlıdır — yəni xurma yavaş həzm olunur və qan şəkərində kəskin sıçrayışa səbəb olmur.
Xurmanın digər faydaları
Xurma B qrupu vitaminləri, PP vitamini, eləcə də dəmir, kalium, kalsium, maqnezium və fosforla zəngindir.
Bu məhsul sağlamlığa müsbət təsir göstərir. Xüsusilə qadınlar üçün faydası danılmazdır — hamiləlik və laktasiya dövründə orqanizmi dəstəkləyir, sinir sistemini möhkəmləndirir və doğuşdan sonrakı narahatlıqların əlamətlərini yüngülləşdirir.
Aydın
Şərhlər