“İbrahimbəyov müxalifəti aldadıb”"Namizədliyimin irəli sürülməsi istisna deyil. Bizim komanda seçkilərə tam hazırdır".
Bu açıqlamanı
Qaynar.info-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə verib. Onun sözlərinə görə, ASDP seçkilərdə təkbaşına iştirak edəcək: “Seçkilərə təkbaşına gedəcəyik, hər hansı bloka da qoşulmaq fikrimiz yoxdur. Biz 2003-cü ildən sonra qərar vermişik ki, seçkilərə hansısa blokla getməyəcəyik. Ya öz namizədimiz, ya da heç kəs. Əgər öz namizədimiz olmazsa, partiya üzvləri başqa bir namizədə səs verə bilərlər. Yəni bu məsələdə partiya üzvləri sərbəstdirlər”.
Partiya sədri Rüstəm İbrashimbəyovun seçkilərdə iştirak məsələsinə də münasibət bildirib: “İbrahimbəyov seçkiləri artıq sirkə çevirib. Onlar ya özlərini, ya da xalqı dolayıblar. İbrahimbəyov xalqla görüşmür. Gedir Amerika, Avropa, Rusiya ilə görüşür, amma Azərbaycan onu maraqlandırmır. Elə bil, film çəkirlər, Azərbaycan xalqı da “mastovka”dır, yəni kütlə. Onlar Azərbaycan xalqına belə baxırlar. Xalqın fikri, iradəsi heç kəsi maraqlandırmır. Gülməli odur ki, bu adam əvvəl deyirdi ki, ikili vətəndaşlığı yoxdur. Deməli, yalan deyib. Sən əgər müxalifətlə birgə prezidentliyə namizəd olmaq istəyirsənsə, yalan danışmamalısan. Həm də onu Azərbaycanda tanıyan yoxdur. Ola bilsin, Bakıda 10-15% tanıyan ola bilər”.
İlkin
Qaynar.info
Şərhlər