Yadigar Sadıqlı seçkiyə təkbaşına gedir -

Yadigar Sadıqlı seçkiyə təkbaşına gedir - "Müsavat" siyahıya salmadı

"Müsavat Partiyasının indiki rəhbərliyinin mənim namizədliyimi dəstəkləməyəcəyini bilirdim. Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim”.

Qaynarinfo xəbər verir ki, bu açıqlama ilə Müsavat Partiyasının tanınmış üzvü Yadigar Sadıqlı çıxış edib.

Y.Sadıqlı deyib ki, bunu əvvəlcədən bildiryindən boş yerə vaxt itirməmək üçün, hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsü ilə müstəqil şəkildə deputatlığa namizədliyini irəli sürüb.

"Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın. "Biz irəli sürəcəkdik, amma özü sürdü" deməsinlər.
Sabah imza vərəqələrini götürməliyəm. Bilirəm, qeydə almaya bilərlər, bilirəm, min bir əngəl törədəcəklər, bilirəm, məhkəməmdə üzümə duranlar kimi məxluqları yenə üstümə göndərəcəklər, bilirəm, yenə xeyli zəhmət və əsəb xərcləyəcəm. Bir çoxları kimi say xətrinə formal namizədlik olmayacaq, həqiqətən mübarizə aparacağam. Tanrı utandırmasın”.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR