Siyasət 21:30 01.08.2014

Yadigar Sadıqov məktub yazdı - MƏKTUB

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov  həbsdən məktub yazıb.

Qaynar.info xəbər verir ki, Yadigar Sadıqov məktubunda qeyd edir: "Bu gün nəvəm Emilin doğum günüdür, 1 yaşı tamam olur. Əzizim Emil, azadlığımızın arasında tam bir ay zaman məsafəsi var: mən onu itirdiyim gündən bir ay sonra sən qazandın. Mən bu azadlığı sən və sənin kimi minlərlə körpənin firavan yaşaması uğrunda itirdim.

Sən mənim ilkimsən, ilk nəvə payım! Dörd divar arasında bu sevincin nəşəsini yaşamaq başqadır. Hər halda kimsəyə arzu ediləcək deyil. Ancaq Sən bunları anlayacaq yaşda deyilsən zatən... Ümidimiz zamana..

Zamana və sənin kimi yüzlərlə, minlərlə körpənin böyüyüb hamımızın Vətəni olan Azərbaycanda rahat və gözəl yaşayacağı günədir! Bizim yolumuz və arzumuz bu firavanlığı sizə yaşatmaqdır!

Sənə baban olaraq çox böyük arzularım var. Azadlıqda görüşmək hər ikimizin ümididir, gec-tez. Lakin mən arzu edirəm ki, sən böyüyüb bu Azadlığın dəyərini biləsən. Ləyaqətli övlad, şərəfli vətəndaş olasan! 1 yaşın mübarək, Emil balam"!

Qaynar.info