Siyasət 18:19 04.08.2014

Yadigar Sadıqov telefonla danışdı

Şüvəlan təcridxanasından 14 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilən Müsavat başqanının müşaviri Yadigar Sadıqov telefon vasitəsilə ailə üzləri ilə əlaqə saxlayıb.

Bu barədə Qaynar.info-ya Yadigar Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Elman Fəttah məlumat verib. 

"Yadigar bəy ailə üzvləri ilə telefonla əlaqə saxlayıb və hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində olduğunu deyib. Saxlanma şəraiti ilə bağlı hələ ki, şikayət etməyib", - deyə Elman Fəttah bildirib. 

Xatırladaq ki, Yadigar Sadıqov Şüvəlan təcridxanasından "Xələc" həbsxanasına aparılmalı idi. Bir neçə gün onun hara aparıldığı məlum olmasa da, nəhayət, 51 saatdan sonra onun Qaradağ rayonundakı 14 saylı Cəzaçəkmə Müəssisəsində olduğu aşıqlanıb.

Qaynar.info