Siyasət 14:52 03.08.2014

Yadigar Sadıqovla bağlı sensasion AÇIQLAMA

Yadigar Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsi sensasion açıqlama yayıb. 

Qaynar.info xəbər verir ki, müdafiə komitəsinin sədri Elman Fəttah "Facebook" yazıdığı statusda bildirib ki, Yadigar Sadıqov həbsxanadan "Xələc"ə aparılmaq adı ilə çıxarılıb, amma hara aparıldığı məlum deyil: 

"Yadigar Sadiqovun Apellyasiyası başa çatıb və bəy artıq cəza çəkmə müəssisəsinə köçürülməli idi. 1 həftədir Şüvəlan təcridxanasının rəisi həm bizə, həm də Yadigar bəyin özünə məlumat verib ki, bölgü üzrə Yadigar bəy qeydiyyatda oldugu yerə yaxın olan, Salyanda yerləşən "Xələc" həbsxanasına düşüb. Dünən Yadigar bəyi Xələcə aparmaq adı ilə Şüvəlan təcridxanasından çıxarıblar. Ancaq Xələcə aparmayıblar. Hara apardıqları haqda nə vəkilləri, nə ailəsi məlumatlandırımır. Yadigar bəyə görə narahatıq".

Qaynar.info