Xəbər lenti

Yağışlı havalarda nəqliyyatda nə üçün tıxaclar yaranır? (AÇIQLAMA)
Ölkə 12:31 17.10.2017

Yağışlı havalarda nəqliyyatda nə üçün tıxaclar yaranır? (AÇIQLAMA)

Gün gündən inkişaf edən Bakımız hər şeyə dözsə də, pis hava şəraitinə dözə bilmir. İmmuniteti zəif olan insanlar kimi paytaxtımız da pis hava şəraitinə sanki tab gətirmir. Bir az yağış yağan kimi yollarda yaranan gölməçələr, ictimai nəqliyyatda olan sıxlıq və tıxaclar ucbatından işə gecikirik. 

Məsələ ilə bağlı "Qaynarinfo"ya danışan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Bakının yağışlı havaya qarşı olan dözümsüzlüyünün səbəblərini bildirib:


"Bunun iki əsas səbəbi var. Birinci səbəb odur ki, yolarda su kütləsi yığılır və buna görə də sürücülər həmin çökəkliyin dərin və dayaz olduğunu bilmədikləri üçün ehtiyyat etməyə məcbur olurlar. Bəzən kommunikasiya lyuklarının ağzı açıq qala bilər və bu da qəza şəraiti yaradır. Ona görə də maşınlar çox aşağı sürətlə hərəkət etməli olur. İkinci səbəb isə odur ki, ümumiyyətlə yağışlı havalarda görmə məhdudlaşır, təkərlər asfalta ilişir, ona görə də istənilən sürücü avtomobili aşağı sürətlə sürməlidir. Yol ayrıclarında sürət aşağı düşdüyü üçün, tədricən intensivlik artır və yol ayrıcının buraxıcılıq qabiliyyəti düşür. Məsələn, normal sürətlə hərəkət edəndə 10 dəqiqəyə 100 avtomobil keçə bilirdisə, bu cür hava şəraitində 10 dəqiqəyə 50-60 avtomobil keçə bilir. Səbəblərdən biri də bu cür havalarda insanlar ictimai nəqliyyatdan çox, fərdi avtomobildən istifadə etməyə meyilli olur. Təbii ki, bu həm də konustruksiyada olan problemlər və kanalizasiya sisteminin normal olmamasıdır".

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->