Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 5000 kv.m olan "Mürvət" yanacaq doldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində yanacaq doldurma məntəqəsinin ərazisində yerləşən həcmi 8 ton olan 1 ədəd boş yanacaq çəni və 1 ədəd həcmi 25 ton (Aİ-92 benzin) olan yeraltı çənlər alışıb.
“Qafqazinfo”nun məlumatına görə, partlayış zamanı 1 nəfər yanacaq doldurma məntəqəsinin işçisi müxtəlif yanıq xəsarətləri ilə yanğın bölmələri çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Ərazidə olan 2 ədəd yeraltı və 1 ədəd yerüstü çənlər yanğından mühafizə olunub. Yanğın saat 03:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qaynar.info
Şərhlər