Xəbər lenti

Siyasət 18:06 11.04.2013

YAP-çı deputat: “Azərbaycanda radikal İslam yoxdur”

“Azərbaycanda İslam var. Amma ölkədə siyasi və radikal İslam yoxdur”. 

Bunu Qaynar.info-ya açıqlamasında YAP-çı deputat Aydın Mirzəzadə deyib. A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan ənənəvi müsəlman ölkəsidir və mədəniyyətimiz islam dəyərləri ilə bağlıdır: 

“Bu baxımdan kimlərinsə siyasi islam təşkilatı yaratmaq istəyi kiçik bir qrupdan o tərəfə keçmir. Ümumilikdə, siyasi bəyanatlar verilməsi, prezident seçkilərində bu və ya digər şəxsi dəstəkləyəcəyi barədə fikirlər bildirilməsi kiçik dini siyasi təşkilatların mövqeyidir. Azərbaycanda hər hansı bir formada dini radikalizm üçün şərait yoxdur. Bundan sonra da Azərbaycan cəmiyyətində dinin mənəviyyat dərsi kimi öz yeri, siyasətin isə dövlət idarə edilməsində bir vasitə kimi öz yeri həmişə olacaq”.

YAP-çı deputat ölkədə olan islam qruplaşmalarına İrandan maliyyə ayrıldığı ilə bağlı deyilənlərdən xəbərsiz olduğunu deyib: “Ortada elə bir məlumat yoxdur. Belə hallar aşkara çıxarılarsa, əlbəttə ki, buna hüquqi qiymət veriləcək”.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->