Video 10:44 06.11.2018

Yapon musiqiçi himnimizi əzbər bilir, “Sarı gəlin”i ürəkdən ifa edir (VİDEO)

Yaponiyalı peşəkar musiqiçi Kyoko Yamamotobir neçə ildir ki, Azərbaycana gəlib-gedir. 

Onun ölkəmizlə ilk tanışlığı nara olan marağı ilə bağlıdır. O, ilk dəfə Azərbaycan narını yaponlara tanıdıb. Ölkəmizin istehsalı olan nar şirəsi və nara aid aksesuarların ölkəsində satışına başlayıb. Kyoko Yamamoto, indi bununla yanaşımusiqimizi də ölkəsinin tamaşaçılarına təqdim edir.

Kyoko Yamamoto Azərbaycan xalq cumhuriyyətinin 100 illiyi ilə bağlı Yaponiyada keçirilən bayram tədbirində Azərbaycan himnini də səsləndirib. İfaçı 3 aya yaxın müddətdə himnimizi sözbəsöz öyrənib.

Yapon musiqiçi, indiyədək verdiyi konsertlərdə Azərbaycan mahnılarını səsləndirdiyini deyir. Kyoko Yamamoto, hazırda ''Laçın'' mahnısının üzərində çalışır. O, gələcəkdə Azərbaycan və Yapon tamaşaçısı üçün ortaq layihələr hazırlamaq niyyətində olduğunu bildirir.

Musiqiçi müsahibəsinin sonunda Cumhuriyyətimizin 100 illiyi ilə bağlı təşəkkür və təbrikini də Azərbaycan dilində ifadə etdi. (Xəzər TV)