Dünya 11:40 26.12.2018

Yaponiya 32 illik qadağanı ləğv edir

Yaponiya 30 illik qadağanı ləğv edərək balina ovuna başlayacaq.

Qaynarinfo xəbər verir ki, ölkə Beynəlxalq Balina Ovçuluğu Komissiyasını tərk edir. Təşkilat 1986-cı ildə balinaların mühafizəsi üçün ticarət məqsədli ovu qadağan edib. Yaponiya 1951-ci ildən bəri komissiyanın tərkibində idi. 

Qərara görə heyvanları mühafizə təşkilatları, bir çox ölkələr Yaponiyanı tənqid atəşinə tutur.

Qeyd edək ki, yapon mətbəxində balina əti xüsusi yer tutur, lakin bu canlıların mühafizəsi məqsədilə XX əsrin ortalarından bəri balina ətinin istehlakı ciddi səviyyədə azaldılmışdı. 

Gülşən