Xəbər lenti

Yaponiya nüvə sızıntısı
Dünya 17:42 20.01.2018

Yaponiya nüvə sızıntısı

Yaponiyada 2011-ci ildə baş verən 9 bal gücündə zəlzələdən sonra zərər görən Fukuşima Atom Stansiyasında təhlükəli nüvə qalıqları tapılıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2 nömrəli reaktordakı təhlükəli yanacaq qalıqları teleskopik robota yerləşdirilmiş kamera ilə müəyyənləşdirilib. 

Zəlzələdən sonra nüvə mərkəzində soyutma sistemi sıradan çıxmış, yanacaq tankı ərimişdi. Sızıntı qalıqlarının aşkarlanması ciddi hadisə hesab olunur. Qəzadan sonra çox sayda insan evlərini tərk etmək məcburiyyətində qalmışdı. 

Qeyd edək ki, sızıntının təmizlənmə prosesi 10 illər çəkəcək.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->