Dünya 19:59 27.02.2020

Yaponiyada 7 nəfər öldü: baş nazir məktəbləri bağlamağa çağırdı

Yaponiyanın Baş naziri Sindzo Abe qarşıdan gələn bazar ertəsindən etibarən məktəblərin bağlanması təklifini irəli sürüb. 

Qaynarinfo xəbər verir ki, o, koronavirus epidemiyasının qarşısını almaq üçün belə bir tədbiri zəruri sayıb.

Bundan əvvəl "Kyodo” agentliyi şimal Hokkaydo prefekturasında bütün məktəblərin (təxminən 1,6 min) bağlanmasının planlaşdırıldığını bildirib. İndi orada 35 yoluxma hadisəsi qeydə alınıb.

Son məlumatlara görə, Yaponiyada yeddi nəfər virusun qurbanı olub. NHK telekanalının məlumatına görə, ölüm faktının dördü "Diamond Princess” sərnişin gəmisində baş verib.

Ümumilikdə ölkədə 860-dan çox yoluxma hadisəsi aşkarlanıb, bunların da çoxu "Diamond Princess” gəmisinin sərnişin və heyətinin payına düşür.

Alpər