Xəbər lenti

Yaponiyada rejissor və prodüserin nikahı fərqli soyadlara görə qeydə alınmadı
Dünya 22:52 16.01.2025

Yaponiyada rejissor və prodüserin nikahı fərqli soyadlara görə qeydə alınmadı

Tokio Ailə Məhkəməsi ABŞ-da fərqli soyadlarla evlənən cütlüyün nikahını qeydə almaqdan imtina edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə NHK nəşri məlumat yayıb.

Yapon rejissor Kadzuxiro Soda və prodüser Kieko Kaşivaqi Nyu-York ştatında nikah bağlayıblar və qeydiyyat zamanı fərqli soyadlardan istifadə ediblər. Hazırda onlar Yaponiyada yaşayırlar.

Lakin Tokio qanunlarına əsasən, nikahın qeydiyyatı üçün ər-arvadın eyni soyadı daşıması tələb olunur.

Üç il əvvəl cütlük fərqli soyadlarla ailələrinin tanınması üçün Tokio şəhərinin Çiyoda rayonunda nikahlarını qeydə almaq üçün müraciət edib. Lakin onların müraciəti qəbul edilməyib. Bu səbəbdən onlar Tokio Ailə Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər. Lakin məhkəmə qərar çıxararaq, ər-arvadın eyni soyad daşımalı olduğunu təsdiqləyib və bu qanunun dəyişdirilməsinin mümkün olmadığını bildirib.

Cütlük məhkəmənin qərarından narazıdır və dərhal Tokio Ali Məhkəməsinə apellyasiya şikayəti veriblər.

"Qərar üçün çox vaxt lazım oldu, buna görə də istədiyimiz nəticəyə nail olduğumuzu düşünürdüm. Amma indi vəziyyət yenidən sual altındadır", deyə Kaşivaqi bildirib.

Soda isə qanunun müasir həyat tərzinə uyğun olmadığını qeyd edib:

"Cəmiyyətin düşüncəsi də dəyişir, buna görə də siyasətçilərin lazımi tədbirlər görəcəyinə ümid edirəm".

Kaşivaqi və Soda 1997-ci ildə Nyu-Yorkda evlənib və hər biri öz soyadını qoruyub saxlayıb. 1889-cu ildə Yaponiyada ailə daxilində eyni soyadın daşınmasını tələb edən qanun qəbul edilib. II Dünya müharibəsindən sonra isə nikah bağlayan tərəflərə ər və ya arvadın soyadını götürmək seçimi verilib, lakin əksər hallarda ər-arvad ərinin soyadını seçir.

2017-ci ildə Yaponiyada keçirilmiş sorğuya görə, respondentlərin təxminən 43%-i bu qanunun ləğv edilməsini dəstəkləyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->