Yaponlar dünyanın ən çox yaşayan xalqlarındandır. Son statistikada Yaponiya bu göstəriciyə görə hətta birinci yerdədir.
Bizimyol.info xəbər verir ki, "Rossiyskaya qazeta” yapon gerontoloqların araşdırmasını dərc edib. Araşdırmada yaponların uzun ömür sürməsinin səbəbləri haqda danışılıb.
Yapon elm adamlarının fikrincə, piyada gəzmək əsas səbəbdir. Saniyədə azı 1,5 metr qət edilməsi uzun ömür yaşamağa şərait yaradır. Milli gerontologiya mərkəzinin prezidenti Hidenori Aray deyir ki, insan nə qədər çox gəzərsə, bir o qədər də uzun yaşayar.
Mütəxəssislərin müşahidəsinə görə, 1997-ci ildən bəri yaponların piyada gəzdiyi məsafə 10 faizə qədər artıb. Xüsusilə 60 yaşa qədər çox gəzmək sonradan müsbət nəticəsini verir.
Şərhlər