Ələt-Astara magistral yolunda ölümlə nəticələnən qəza ilə bağlı xəbər vermişdik. Hadisə magistral yolun Biləsuvar ərazisindən keçən hissəsində olub. Belə ki, "KamAZ” markalı yük avtomobili və "Ford" markalı mikroavtobus toqquşub. Hadisə nəticəsində də 4 nəfər həyatını itirib. Xatırlatmaq istərdik ki, Yardımlı rayonuna gedən sərnişin avtobusunun olmaması, kiçik mikroavtobuslardan istifadəyə təlabatı artırır. Həmin "Ford”lar isə gecə saatlarında hərəkət edirlər. Bəs maraqlıdır bu qədər təlabatın olduğu rayona niyə sərnişin avtobusu ayrılmayıb?
Qaynarinfo xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova hafta.az-a açıqlmasında bildirdi ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hər hansı istiqamətdə marşrut xəttinin açması üçün daşıyıcının müraciəti olmalıdır:
"Bu kimi məsələlərdə qurum tərəfindən sərnişin sıxlığı öyrənilir. O zaman xətt açılar ki, öncə dediyimiz kimi həmin istiqamətdə sıxlıq, təlabat olsun. Əgər təlabat varsa bu həyata keçirilə bilər. Təlabat dedikdə 5-10 nəfər nəzərdə tutulmur. Kütləvi təlabatdan söhbət gedir. Həmin sıxlıq yoxdursa, biz o istiqamətdə gedən marşrut xəttini müəyyən edirik. Sərnişinlərimiz həmin istiqamətə gedən avtobuslardan istifadə edə bilərlər. Misal üçün: Yardımlıya gedən sərnişinlərin Lənkəran-Astaraya çıxan avtobuslardan istifadə etmələri mümkündür. Qəzaların yaranmasında səbəblərdən biri də qeyr-qanuni daşımalardır. Bu da bizim ən yaralı yerimizdir. Biz də istəyərik, sərnişinlər avtovağzaldan çıxan avtonəqliyyat vasitəsi ilə hərəkət etsinlər. Bu məsələdə sərnişini də maksimum dərəcədə maarifləndirməyə çalışırıq. Bizim sərnişinlər təəssüflər olsun ki, mənzilindən mənzilinə getmək istəyir. Yəni avtonəqliyyat onu yaşadığı yerdən gedib götürməlidir. Qeyri-qanuni işləyən mikraavtobuslar - fordlar sifarişlər əsasında sərnişini yığırlar. Sərnişinlər özləri də görürlər ki, 10 nəfərlik yerə 20 nəfər əyləşdirirlər. Gecə saatlarında hərəkət edirlər. Biz qurum olaraq qeyr-qanuni daşımalara, gecə saatlarında çıxanlara nəzarət etmirik. Amma xatırlatmaq istərdim ki, heç kəs deyə bilməz ki, o istiqamətdə güclü sərnişin axını var. Əgər güclü təlabat varsa sərnişinlər bizə müraciət etməldirlər. Biz də bu şikayət əsasında heç olmasa gün ərzində bir xətt aça bilərik. Məsələn, Naftalana gün ərzində bir xəttimiz var. Dünən hadisə oldu, insan itkisi baş verdi. O avtobuslar texniki baxışdan keçməyiblər. Vətəndaşları isə avtonəqliyyat vasitəsinin yarasız olması yox, mənzil başına tez çatması maraqlandırır. Biz bununla bağlı manotorinqlər aparırıq. Yardımlıya bir xətt açsaq, itkini nəzərə almasaq, bəs o avtobusa sərnişin gəlib oturacaqmı? Sərnişinlər istədiyi vaxt mənzil başına çatmaq istəyirlər. Onlara uyğun işləyən mikroavtobuslardan istifadə edəcəklər”.
Şərhlər