Maqazin 12:50 09.03.2015

Yarıçılpaq rəqqasənin Bakıda "Ərəb gecəsi" - FOTOLAR

Rəqqasə Aytən paytaxtın dəbdəbəli restoranlarının birində "Ərəb gecəsi" düzənləyib. 

Anspress-in məlumatına görə, oriental rəqqasənin 8 Mart Beynəlxalq Qadınlar bayramında kişilər üçün konserti baş tutub.

Azərbaycanlı rəqqasə rəqsləri ilə yanaşı Türkiyənin tanınmış modelyeri Semih Dogruerin hazırladığı cazibədar geyimləri ilə gecəyə damğasını vurub. 

Oriental Ayten ilk dəfə heç bir rəqqasənin etmədiyi 20 dəqiqəlik rəqsi və canlı darbuka ritmlərilə izləyicilərin qarşısına çıxıb. 

Aytənin konserti 3 hissədən ibarət olub. Səhnədə əsl məhşur ərəb rəqqasələrini xatırladan Aytən maraqlı şousula tamaşaçıları əyləndirib.

Qeyd edək ki, "Ərəb gecəsi" adlı konsertin təşkilatçısı produser Mikayıl Hüseynov olub. 

Qaynar.info