Bayramdan sonra yarmarkalarda bəzi məhsulların qiyməti aşağı düşüb.
Qaynarinfo-nun "Xəzər TV”yə istinadən məlumatına görə, ümumilikdə bazarla müqayisədə yarmarkalarda nisbətən ucuzluq müşahidə olunur. Alıcılıq qabiliyyəti isə əvvəlki aylara nisbətən zəifləyib.
Həftə sonları paytaxtda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən yarmarkalarda meyvə və tərəvəzlər digər bazarlarla müqayisədə bir qədər ucuz qiymətə satılır.
Alma 1 manata, armud 1 manata, naringi isə 1 manat 70 qəpiyə təklif edilir.
Ət və süd məhsulları isə bazar və marketlərdən daha ucuz satılır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər